Neftçala sakini özünü bıçaqlayıb

Neftçala. 19 aprel. REPORT.AZ/ Neftçala sakini özünü bıçaqlayıb. 

"Report"un Aran bürosu xəbər verir ki, rayonun Kürqarabucaq kənd sakini, 1986-cı il təvəllüdlü Cahangir Əsəd oğlu Quliyev özünə 2 bıçaq zərbəsi vuraraq xəsarət yetirib.

Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48