Mingəçevirdə yol-nəqliyyat hadisəsində 2 yaşlı körpə xəsarət alıb

Mingəçevir şəhərində azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması zamanı 2020-ci il təvəllüdlü Kərimov Elgün Ayaz oğlu xəsarət alıb.

Yaralı əvvəlcə Mingəçevir şəhər Mərkəzi Xəstəxanası çatdırılıb. Daha sonra o, Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı E.Kərimova qapalı kəllə-beyin və müştərək travma diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14