Mərdəkanda ölümlə nəticələnən yol qəzası olub

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

"Report" xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Əhməd Axundov şəxsi minik avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib və nəqliyyat vasitəsi divara çırpılıb.

Sürücü xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Digər xəbərlər

Lənkəran rayonunda zəlzələ olub 29 sentyabr, 2026 / 16:01