Məhkəmə Mehdi İbrahimovla bağlı qərar verdi

Xətai Rayon Məhkəməsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasında təqsirləndirilən Mehdi İbrahimovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb. 

“Report” xəbər verir ki, hakim İbrahim İbrahimli vəkil Aqil Layıcın vəsatətini təmin edib. 

Qərara əsasən, M.İbrahimov barədə seçilən həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. 

Qeyd edək ki, iyulun 14-də Bakıda keçirilən orduya dəstək aksiyasından sonra saxlanılan Mehdi İbrahimova Cinayət Məcəlləsinin 139-1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə ittiham evrilib.

Onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. 

Xatırladaq ki, M.İbrahimov AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin oğludur. 
 

Digər xəbərlər

Qubada 28 yaşlı kişi su kanalına düşüb 23 ноября, 2026 / 11:10
Qazaxda 63 yaşlı kişi Kürdə batıb 22 ноября, 2026 / 22:41
Sumqayıtda azyaşlı dəm qazından boğulub 21 ноября, 2026 / 11:06
Sumqayıtda yol çöküb 21 ноября, 2026 / 09:18