Masazırda qəzaya düşən avtomobil yanıb, ölən və xəsarət alnalar var

Abşeron rayonunda iki avtomobilin toqquşmasından sonra maşınlardan birində baş verən yanğın nəticəsində bir nəfər ölüb.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə Masazır qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, "Chevrolet Cobalt" markalı avtomobillə toqquşan "BMW" markalı minik maşını anidən alovlanıb.

Yanmağa başlayan nəqliyyat vasitəsinin içərisində olan üç nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb.

Tibbi müdaxilələrə baxmayaraq, Əlizadə Qurbanəli Ağa oğlu həyatını itirib, digər iki şəxsin müalicəsi davam etdirilir.

Hadisənin baş vermə səbəbi araşdırılır

Digər xəbərlər

Qubada zəlzələ olub 09 dekabr, 2025 / 22:49