Masallıda avtomobildən 4000 manat oğurlanıb

Bakı. 25 may. REPORT.AZ/ Masallı rayonunda avtomobildən 4000 manat oğurlanıb. 

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mayın 23-də rayon ərazisində əməliyyat keçirilib.

Nəticədə “VAZ-2101” markalı avtomobildən 4000 manat oğurlamaqda şübhəli bilinən Yeddioymaq kənd sakini Ziya Nəsirov saxlanılıb. 

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54