Masallıda avtomobil piyadanı vuraraq öldürüb

Masallı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Masallı rayonu ərazisində qeydə alınıb.

Lerik rayonunun Pirasora kənd sakini, 1959-cu il təvəllüdlü Teyyub Balağa oğlu Bağırov idarə etdiyi "Nissan" markalı avtomobillə yolu keçən Binə qəsəbəsinin sakini, 1997-ci il təvəllüdlü Elçin Zakir oğlu Mustafayevi vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26