Masallı sakini ağacdan yıxılaraq ölüb

Masallı sakini bədbəxt hadisə nəticəsində ölüb.

"Report" xəbər verir ki, rayonun Məmmədrzaküçə kəndinin sakini, 1970-ci il təvəllüdlü Əşrəf Xeyrulla oğlu Əşrəfov yaşadığı evin həyətində palıd ağacını budayarkən yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırmalar aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47