Lökbatanda iki avtomobil toqquşdu, xəsarət alan var

Bu gecə paytaxt Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Hüseynov Rüstəm Elşən oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona sol bud sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Zaqatalada zəlzələ olub 01 oktyabr, 2026 / 14:59