Bakı. 14 iyul. REPORT.AZ/ Lənkəran rayon sakini saxta əskinazları dəyişdirmək istəyərkən saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Xəbərdə bildirilir ki, dünən "Kapital" bankın Lənkəran rayon filialına gələn Tutapeşdə kənd sakini Zülfiyyə Əliyevanı 2 ədəd saxta 50 manatlıq əskinazı dəyişdirmək istəyərkən Lənkəran Rayon Mühafizə Şöbəsinin əməkdaşı saxlayıb.