"Azərenerji": "Laçında həlak olanlar əməkdaşlarımız deyil"

Bu gün Laçın rayonunun Mollalar kəndində ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olmuş Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu “Azərenerji” ASC-nin əməkdaşları deyil.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, onlar ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.

09:54

Bu gün saat 09:00 radələrində Laçın rayonunun Mollalar kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin regional qrupundan "Report"a bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər