Kürdəmirdə avtomobil piyadanı vurdu

Kürdəmirdə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə Karrar qəsəbəsində qeydə alınıb. Kənd sakini, 57 yaşlı Kərimov Əhməd Xanəhməd oğlu yolu keçmək istəyərkən onu "Qazel” markalı yük maşını vurub. Yaralı hadisəni törədən sürücü tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Cəlilabadda ev təmamilə yanıb 27 iyun, 2026 / 12:04
Kadir İnanır vəfat edib 26 iyun, 2026 / 19:30