Kürdəmirdə 10 hektar biçilmiş taxıl sahəsi yanıb - VİDEO - ƏLAVƏ OLUNUB

Video əlavə olunub.


***05:25

Kürdəmir rayonunda yanğın hadisəsi baş verib.

"Report"un Yuxarı-Şirvan bürosu xəbər verir ki, rayonun Xəlsə kənd bələdiyyəsinə məxsus 10 hektar biçilmiş taxıl sahəsi yanaraq külə dönüb.

Hadisə yerinə FHN-in Kürdəmir Yanğından Mühafizə İdarəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğının digər sahələrə, eləcə də pambıq sahəsinə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər