İsmayıllıda zəlzələ olub

İsmayıllıda zəlzələ olub.

"Report" bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, yerli vaxtla saat 18:03-də qeydə alınan yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4 bal, Basqal, Lahıc qəsəbələrində, Əhən kəndində və ətraf yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19