İsmayıllıda avtoqəza olub, iki nəfər ölüb, bir nəfər xəsarət alıb

İsmayıllı rayonunda "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, nəticədə nəqliyyat vasitəsində olan 52 yaşlı İlqar Süleymanov və 67 yaşlı Elmira Duxiyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüb, bir nəfər xəsarət alıb.

Xəsarət alana sağ çiyin oynağının çıxığı diaqnozu təyin edilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48