İsmayıllıda bir yaşlı körpə gölməçəyə düşərək ölüb

İsmayıllı rayonunda bir yaşlı körpə gölməçəyə düşərək ölüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Diyallı kəndində qeydə alınıb.

2024-cü il təvəllüdlü Məmmədova Səma Sənan həyətyanı sahədə olan gölməçəyə düşərək boğulub. Körpənin meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər