Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonundan keçən hissəsində qəza olub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə zamanı "Azsamand" markalı minik avtomobili aşıb.
Qəza nəticəsində sərnişin Əbil Ədilli ölüb, sürücü isə yaralanıb.
Faktla bağlı araşdırma aparılır.