İmişlidə ikimərtəbəli ev yanıb

İmişli şəhərində ikimərtəbəli yaşayış evində yanğın olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Həzi Aslanov küçəsində qeydə alınıb.

Mürşüd Bağırova məxsus ümumi sahəsi 180 kvadratmetr olan ikimərtəbəli, altıotaqlı evdə qəfil yanğın başlayıb.

Yanğın yerinə İmişli rayon Dövlət Yanğın Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.

Hadisə nəticəsində evin 45 kvadratmetr sahəsi yanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29