İsmayıllıya güclü dolu yağıb

İsmayıllı rayonuna güclü dolu yağıb. 

"Report"un Şirvan bürosunun məlumatına görə, yağıntı, təxminən, beş dəqiqə davam edib. Nəticədə torpağın üzəri bir neçə santimetr buz dənəcikləri ilə örtülüb. 

Dolunun əkin sahələrinə ciddi ziyan vurduğu bildirilir. Hazırda yağıntının vurduğu ziyan dəqiqləşdirilir.

Qeyd edək ki, hazırda İsmayıllı, Şamaxı və Qobustan rayonlarında güclü yağış yağır. 

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 23 dekabr, 2025 / 08:59