İmişlidə yol qəzası zamanı sürücü xəsarət alıb

İmişli. 15 dekabr. REPORT.AZ/ İmişli şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, 1981-ci il təvəllüdlü yerli sakin Hüseynov Elnur Hüseynbaba oğlu sərxoş vəziyyətdə idarə etdiyi "VAZ-2106" markalı avtomobili divara çırpıb.

Nəticədə sürücü müxtəlif xəsarətlərlə İmişli Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Şəkidə yol qəzası baş verib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47