Hacıqabulda 79 yaşlı kişini avtomobil vuraraq öldürüb

Hacıqabul rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes Vita” markalı avtomobil yolu keçən 1942-ci il təvəllüdlü Zaidov İsaxan Dostəli oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47