Göygöldə "BMW" yanıb

Göygöl şəhərində "BMW" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Bu barədə "Report"un Qərb bürosuna Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Göygöl şəhər ərazisində 1997-ci il təvəllüdlü Xəyal Məmmədovun idarə etdiyi "BMW" markalı avtomobilin mühərrik və digər hissələri yanıb.

Hadisə zamanı xəsarət olan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26