Göygöl rayonu ərazisində baş verən ağır yol qəzasında dünyasını dəyişənlərin şəxsiyyəti müəyyən edilib.
"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və sürücü, 1990-cı il təvəllüdlü Abdi Əhliman Ramiz oğlu aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Göygöldə ağır avtomobil qəzası olub, ölənlər var.
"Report"un Qərb bürosunun məlumatına görə, Göygöl rayonu ərazisində başvermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər hadisə yerində dünyasını dəyişib, xəsarət alanlar var.
Əraziyə təcili tibbi yardım biriqadaları və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.