Gəncədə orta yaşlı kişi güllələnərək öldürülüb, şübhəli şəxs saxlanılıb – YENİLƏNİB

İyun 15-də saat 22 radələrində Gəncə şəhər Cavadxan qəsəbəsində 42 yaşlı Vüsal Əhmədov ov tüfəngi ilə qətlə yetirilib.

"Report"un Qərb bürosu xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilmiş müvafiq tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 45 yaşlı Göygöl rayon sakini Röyal Hətəmov saxlanılıb.

Araşdırma aparılır.

22:45

Gəncə şəhərində orta yaşlı kişi güllə yarasından ölüb.

Bu barədə “Report”un Qərb bürosu xəbər verir.

Məlumata görə, Bakı şəhər sakini 1983-cü il təvəllüdlü V. Əhmədov güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun qətlə yetirildiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48