Gəncədə gənc qadın keçmiş əri tərəfindən bıçaqlanıb - YENİLƏNİB

Gəncə şəhərində gənc qadının keçmiş əri tərəfindən bıçaqlandığı məlum olub.

"Report"un Qərb büropsu xəbər verir ki, Gəncə şəhər sakini, Ş.Məmmədova kürək və bel nahiyəsinə daxilə keçməyən 3 bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Onun keçmiş həyat yoldaşı Azər Abbasov tərəfindən blçaqlandığı məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

4 fevral, 20:28


Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, məlumatına görə, Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Ş.Məmmədova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Onun hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil.

Fakatla bağlı araşdırma aparılır.

Digər xəbərlər