Gəncə şəhərində azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, yolu keçən 2012-ci il təvəllüdlü İsgəndərova Yağmur Umud qızını avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə Gəncə Şəhər Birləşmiş Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.
Fakt araşdırılır.