Gədəbəydə 2 nəfərin kəsici alətlə xəsarət aldığı hadisənin təfərrüatı məlum olub

Gədəbəy rayonunun Düzrəsullu kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, 1982-ci il təvəllüdlü Ə.Rzayev və 1984-cü il təvəllüdlü Z.Bayramov kənd ərazisindəki otlaq sahəsi üstündə düşən mübahisə zəminində xəsarət alıblar.

Belə ki, həmin şəxslərlə kənd sakini, 1971-ci il təvəllüdlü Q.Əhmədov mübahisə zamanı sonuncu onların hər ikisinə kəsici alətlə xəsarətlər yetirib.

Yaralılar xəstəxanaya yerləşdirilib. Ə.Rzayevin vəziyyəti kafi, Z.Bayramovun vəziyyəti isə ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

18:05

Gədəbəy rayonunda 2 nəfər bıçaq xəsarəti alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Düzrəsullu kəndində qeydə alınıb. Kənd sakinləri - 1982-ci il təvəllüdlü Ə.Rzayev və 1984-cü il təvəllüdlü Z.Bayramov mübahisə zəminində bıçaq xəsarətləri alıblar.

Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib. Onlardan Z.Bayramovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29