Sumqayıt şəhərində içməli su xəttində qəza baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.
Diametri 200 millimetr olan içməli su borusunun partlaması nəticəsində ərazidə su axını yaranıb.
Qəzanın aradan qaldırılması üçün aidiyyəti qurumun əməkdaşları əraziyə cəlb olunub.
Hazırda təmir-bərpa işləri aparılır.