Lənkəranda üç ailənin yaşadığı ev yanıb, 8 nəfər xilas edilib

Lənkəran şəhərində üç ailənin yaşadığı ev tamamilə yanıb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə şəhərin Mirzə Fətəli Axundov küçəsində baş verib.

Ümumi sahəsi təxminən 150 kvadratmetr olan yaşayış evi qısa müddətdə bütün əşyaları ilə birlikdə tamamilə yansa da, 3-ü uşaq olmaqla 8 nəfər xilas ola bilib.

Hadisəyə elektrik naqillərində yaranan qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər