Gürcüstan vətəndaşı Bakıda qəza törədib - FOTO

Bakı. 13 iyul. REPORT.AZ/ Ələt-Astara magistralının Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib.

"Report" xəbər verir ki, 1986-cı il təvəllüdlü Gürcüstan vətəndaşı Nəsibov Romanın idarə etdiyi "Toyota" markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və axadan 1970-ci il təvəllüdlü Talıbov Məzahirin sükanı arxasında olduğu "Mercedes"ə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14