Dənizkənarı Milli Parkda 85 yaşlı kişi intihara cəhd göstərib

Bakı. 15 mart. REPORT.AZ/ Bakıda 85 yaşlı kişi intihara cəhd göstərib.

"Report"un xəbərinə görə, hadisə Dənizkənarı Milli Parkda qeydə alınıb.

Belə ki, Cəbrayıl rayon sakini 1932-ci il təvəllüdlü O.Səfərov özünü dənizə atmaq istəyib. Onun bu cəhdinin qarşısını Dənizkənarı Bulvar İdarəsinin mühafizəçiləri alıb.

Araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47