Dənizkənarı Milli Park ərazisində 50 yaşlı kişi ölüb - YENİLƏNİB

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 16:00 radələrində "Dəniz Mall" ərazisində şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 50 yaşlı kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.

17:17

Dənizkənarı Milli Park ərazisində təxminən 35-40 yaşları arasında kişi yıxılaraq qəfildən dünyasını dəyişib.

"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, onun infarkt keçirdiyi ehtimal olunur.

Həmin şəxs hadisə yerində keçinib.

Digər xəbərlər

Lerikdə zəlzələ baş verib 01 avqust, 2026 / 19:37