Cənub rayonlarında yağışın törətdiyi fəsadların aradan qaldırılması tədbirləri davam etdirilir

Bakı. 6 oktyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Astara, Lənkəran və Masallı rayonlarında yağışın törətdiyi fəsadların aradan qaldırılması istiqamətində zəruri xilasetmə tədbirlərini davam etdirir.

FHN-dən “Report”a verilən məlumata görə, ötən sutka ərzində nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yağıntı suları ilə dolmuş ərazilərdə suçəkmə işlərinə cəlb olunub.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14