Binəqədidə yol qəzasında xəsarət alanın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Bakının Binəqədi rayonunda baş vermiş yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub.

"Report" xəbər verir ki, "Zəli gölü"nün yaxınlığında qeydə alınan qəza zamanı 1956-cı il təvəllüdlü Quliyeva Gülbuta İbrahim qızı xəsarət alıb. 

O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Yaralıya kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əzilmiş sınıqları diaqnozu qoyulub.


***01:46

Binəqədidə yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə "Zəli gölü"nün yaxınlığında qeydə alınıb.

Qəza zamanı 1 nəfər xəsarət alıb.

Yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Ramin Şahbazov

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37