Binəqədidə iki avtomobil toqquşub, xəsarət alan var

Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1958-ci il təvəllüdlü Məlikov Qaraoğlan Fiday oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır

Digər xəbərlər