Binəqədidə gənc oğlanı avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü Əliyev Tapdıq Nadir oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi İlə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol diz oynağının əzilməsi diaqnozu qoyulub.

Fakt araşdırılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41