Binəqədidə avtomobillər toqquşub, xəsarət alanlar var

Bakının Binəqədi rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Xocahəsən qəsəbəsinə iki avtomobilin toqquşması nəticəsində 41 yaşlı İmanova Nərmin Nəzər qızı və daha iki nəfər (ad və soyadları dəqiqləşdirilir - red) xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37