Binəqədidə avtomobil 32 yaşlı qadını vuraraq ağır xəsarət yetirib

Bakıda 32 yaşlı qadını avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. 1990-cı il təvəllüdlü Bağırova Ayşən Əmrah qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qabırğaların sınığı və bədənin küt travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37