Binəqədidə 35 yaşlı kişini avtomobil vurub

Bakının Binəqədi rayonunda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, 1988-ci il təvəllüdlü Mustafayev Mehdi İman oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26