Binəqədi rayonunda yol qəzası olub, xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Novxanı qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sürücülər - 1995-ci il təvəllüdlü Şabanov Çingiz İntizam oğlu və 1982-ci il təvəllüdlü Fərəcov Elmar İmanəddin oğlu müxtəlif xəsarətlər alıblar. Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37