Binəqədi rayonunda iki nəfər intihar edib

Bakı. 11 iyun. REPORT.AZ/ Bakıda iki nəfər intihar edib.

“Report” xəbər verir ki, hər iki hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Məlumata görə, 1977-ci il təvəllüdlü Əjdər Sadıqov özünü asıb.

Həmin rayonda 1963-cü il təvəllüdlü Elmira Seyfullayeva isə damarlarını kəsib, nəticədə qanitirmədən ölüb. E.Seyfullayevanın onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Hər iki faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şərurda minik avtomobili yanıb 07 sentyabr, 2026 / 10:34