Biləsuvar rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un məlumatına görə, avtomobil hərəkətdə olarkən idarəetməni itirərək aşıb.
Hadisə zamanı avtomobildə olan sərnişin 2015-ci il təvəllüdlü Hacıyeva Əsmanur Rahib qızı xəsarət alıb.
Yaralı Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Hadisənin təfərrüatı araşdırılır.