Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, avtomobil yolu keçən 1949-cu il təvəllüdlü Kərimova Zeynəb Məhərrəm qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona oturaq və qasıq sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.