Beyləqanda 3 yaşlı uşaq ikinci mərtəbədən yıxılaraq xəsarət alıb

Beyləqan rayonunda azyaşlı ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Rövşən Axundov küçəsində qeydə alınıb. 2019-cu il təvəllüdlü Şükürlü Yaqut Şamil qızı yaşadığı evin 2-ci mərtəbəsindən yıxılıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər