Axtarışda olan şəxsdən “patı” və heroin götürülüb

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Bərdə RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə axtarışda olan rayonun Zümürxan kənd sakini, əvvəllər məhkum olunmuş Taryel Aslanov saxlanılıb.

Onun evinə baxış keçirilən zaman külli miqdarda “patı” adlanan psixotrop maddə olan metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirlir.

Digər xəbərlər

Sumqayıtda yük avtomobili aşıb 24 dekabr, 2025 / 13:04
Xəzər dənizində zəlzələ olub 23 dekabr, 2025 / 08:59