"Bavariya" və PSJ Çempionlar Liqasının 1/8 finalına yüksəlib - VİDEO

Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında IV tura start verilib.

"Report" xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında yer alan kollektivlər üz-üzə gəlib.

Bu oyunlardan sonra Almaniyanın "Bavariya" və Fransanın PSJ klubu B qrupunda ilk 2 yeri təmin edərək, vaxtından əvvəl 1/8 finala vəsiqə qazanıb. İngiltərə "Mançester Yunayted"i A qrupunda, İspaniya "Barselona"sı D qrupunda liderliklərini möhkəmləndirərək, növbəti mərhələyə xeyli yaxınlaşıblar.

"Qarabağ"ın yer aldığı C qrupunda isə lider dəyişib. "Roma" İtaliyada İngiltərənin "Çelsi" komandasını darmadağın edərək, birinci pilləyə yüksəlib.

Çempionlar Liqası, Qrup mərhələsi, IV tur

31 oktyabr

A qrupu

23:45. "Bazel" (İsveçrə) - MOİK (Rusiya) - 1:2

Qollar: Luka Zuffi, 32 - Alan Zaqoyev, 65. Pontus Vernblum, 79

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47