Bu gün 7 nəfər "Yevlax", "Şüvəlan", "Goradil" və "Xaçmaz" sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşib.
Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Onlar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən xilas olunub.