Binəqədi rayonu, "Baksol yolu"nda məişət tullantıları yığılmış ərazidə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən söndürülüb.
Bu barədə "Report"a FHN-dən məlumat verilib.
Bakının Binəqədi rayonu, "Baksol yolu"nda məişət tullantıları yığılmış ərazidə yanğın başlayıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.