Bakının Qaradağ rayonunda gənc oğlan bıçaqlanıb

Bakı. 10 iyul. REPORT.AZ/ Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında qeydə alınıb.

1988-ci il təvəllüdlü Nuriyev İslam Sübhan oğlu iki nəfərlə əlbəyaxa olub və nəticədə onlardan biri ona iki bıçaq zərbəsi vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsində araşdırma aparılır.

Digər xəbərlər