Bakıda zəncirvari yol qəzası olub, tıxac yaranıb

Bakıda baş verən zəncirvari yol qəzası nəqliyyatın hərəkətində tıxac yaradıb.

“Report” xəbər verir ki, bir neçə dəqiqə bundan əvvəl Heydər Əliyev prospektində üç – “Chevrolet” və 2 ədəd “Kia” markalı avtomobillər toqquşub.

Məlumata görə, 1 nəfər - "Kia" markalı avtomobillərdən birinin sürücüsü xəsarət alıb.

Digər xəbərlər

Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48